İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pisləyib


15:14     17 Oktyabr 2020 2020/10/1147865f-1e6a-3da1-ab6a-64b6282ae417_850_1602933303.jpg

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyib.

Bu barədə Femida.az-a səfirlikdən məlumat verilib.

"Həlak olanların ailələrinə başsağlığı və yaralananlara şəfa diləyirik. Bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayırıq. Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır", - səfirlikdən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 280