Türkiyə KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb


16:56     17 Oktyabr 2020 2020/10/45b433d3-3c50-3612-b23e-936a65316055_850_1602939337.jpg

Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, CNN Türk telekanalları, “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin bir sıra xəbər portalları yayıb.

Açar sözlər:

Oxunub: 501