Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verdi


23:19     17 Oktyabr 2020 2020/02/xin_esas_1582897787.jpg

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az -a bildirilib ki, bu qərar ATƏT-in Minsk qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 2020-ci il 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 355