MTN-nin adından istifadə edənlərə hökm oxunub


19:25     14 Dekabr 2015 7b3fc070-2339-406b-90f8-bf6f6ce47ae5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə B. Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Açar sözlər:

Oxunub: 822