Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir - Müdafiə Nazirliyi


10:45     18 Oktyabr 2020

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Femida.az

Açar sözlər:

Oxunub: 450