Ukrayna Azərbaycanı təbrik edib


11:25     18 Oktyabr 2020 ukrayna%20azerbaycan.jpg

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, təbrik mətni səfirliyin feysbuk səhifəsində dərc olunub.

"Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən ayrılması ilə bağlı "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!", - məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 207