İmran Xandan Azərbaycanla bağlı paylaşım


12:16     18 Oktyabr 2020 2020/09/imran-1601272608_1601273621.jpg

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan xalqını Dövlət Müstəqiliiyi Günü münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, Baş Nazir bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”, - deyə İmran Xan qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 647