Metronun fəaliyyəti dayandırıldı


08:46     19 Oktyabr 2020 trend_metro_train_080615_003.jpg

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Femida.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmasına qərar verib.

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Açar sözlər:

Oxunub: 655