“Ermənistan müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub” – İlham Əliyev


09:45     19 Oktyabr 2020 prezident1_1500905288.jpg

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı bildirib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var.:

"Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib".

Femida.az

Açar sözlər:

Oxunub: 551