DTX müraciət yaydı


11:01     19 Oktyabr 2020 dtxxxxx.PNG

“Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir”.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Sözügedən məlumatı təqdim edirik:

“2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır.

Femida.az

Açar sözlər: #DTX  

Oxunub: 510