Tovuz və Daşkəsən atəşə tutulur - Müdafiə Nazirliyi


12:39     19 Oktyabr 2020 azerbaycan_mudafie_nazirliyi_220416_10.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 442