Muzdluların Ermənistandan ölkəmizə keçdiyi müəyyən edildi - VİDEO


12:53     19 Oktyabr 2020 bash%20prokurorluq.jpg

Azərbaycanın Baş Prokurorluğunda aparılan araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib Azərbaycanın silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Qurumdan Femida.az-a verilən məlumata görə, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycanın dövlət sərhədini keçərkən Azərbaycan qanunvericiliyinə əməl olunması tələb olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 1294


Oxşar xəbərlər