Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”


15:21     19 Oktyabr 2020 2020/10/ermen-1603104128_1603106532.jpg

Erməni professor, psixologiya elmləri doktoru Mels Mkrtumyan etiraf edib ki, Ermənistan döyüşçüləri müharibədən qorxur.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, professor onların müharibənin dəhşətlərindən dərin stress keçirdiklərini vurğulayıb.

Mels Mkrtumyan 90-cı illərdə də yaralı erməni əsgərlərlə işlədiyini, hərbçilərin psixoloji vəziyyətindəki fərqlərin çox böyük olduğunu söyləyib:

“90-cı illərdə əsasən hərbçilərin güllə yaraları var idisə, indi onlar daha dərin qəlpə yaraları alırlar - bədənin hər yerində. Yəni ordunun psixoloji vəziyyəti fərqlidir. Müharibə iştirakçılarının çoxu 18-20 yaşında olanlardır. Onlar üçün müharibə daha ağırdır və bunu çox ağır yaşayırlar. Bəzi hərbçilər yaddaşını itirir, bununla da hadisələri bloklayırlar. Bu səbəblərə görə də yenidən cəbhəyə qayıtmaq istəmirlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 338