“Bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarətindədir” - General


16:35     19 Oktyabr 2020 2020/10/husey-1603109474_1603110953.jpg


Ermənistan tərəfi humanitar atəşkəsdən yararlanaraq öz qoşunlarını yenidən toplamaq və işğaldan azad edilmiş əraziləri yenidən işğal etməyə çalışır.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

General-mayor bildirib ki, ikinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib.

"Ermənistanın hücum cəhdləri olduqca çox olub. Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artileriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan Ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbləşməsini göstərdi”.

Femida.az

Açar sözlər:

Oxunub: 553