Düşmən məhv edilmiş daha 19 hərbçisinin adını açıqladı


17:03     19 Oktyabr 2020 bir%20ermeni%20de%20bele%20getdi.jpg


Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 19 hərbçisinin adını açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 673-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 426