"Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin"


17:25     19 Oktyabr 2020 20_10_19_1603113920.jpg


“İlk öncə onu qeyd edim ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır”.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, qarşı tərəf bizi Xankəndini bombalamaqda ittiham edir: “Xankəndiyə gəldikdə isə orada Ermənistan ordusunun 2-3 əsas bazası, həmçinin əsas raket sistemləri yerləşir. Biz Ermənistanın Müdafiə Nazirliyinə Azərbaycanın mülki əhalisini hədəfə almaqdan çəkinmələri üçün xəbərdarlıq etmişdik. Xüsusilə bundan sonra onlar mülki əhaliyə qarşı hücumlara başladılar.

Bundan əlavə, burada mülki əhalidəki itki ilə bağlı rəqəmlərə baxmaq lazımdır. Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin. Bu yaxınlarda işğaldan azad etdiyimiz Hadruta baxsanız, orada 1-2 yüngül dağıntıdan başqa mülki binalara zərər dəymədiyini görə bilərsiniz. Ancaq bizim işğaldan azad etdiyimiz Füzuli və Cəbrayıl rayonlarında ermənilərin nə cür dağıntılar etdiyini videolarda hər kəs görə bilər. Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün 1 dənə salamat bina tapa bilmirdilər”.

Femida.az

Açar sözlər: #Qarabağ   #mülki   #cəbhə  

Oxunub: 497