Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
18:34 19 Oktyabr 2020
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Femida.az
-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.
Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxunub: 529
Oxşar xəbərlər
- Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırılıb
- Prezident ailəsi ilə “Şahdağ”da - Fotolar
- Fövqəladə hallar nazirinin müavini yanğının baş verdiyi əraziyə gəlib
- “Şahdağ”da qış mövsümü açıldı
- Xınalıq və Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Bakıdan “Şahdağ”a dəmir yolu çəkiləcək
- Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü
- Almaniya vətəndaşı "Şahdağ"a rəhbər təyin edildi
- “Şahdağ” Turizm Agentliyindən alınıb? - Rəsmi açıqlama
- “Şahdağ” Mədəniyyət Nazirliyinin tabeliyinə verildi