İlham Əliyev: "Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər"
21:22 19 Oktyabr 2020
"Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər".
Femida.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı deyib: “Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”.
Femida.az
Oxunub: 839
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçında partlayış: Fəhlə minaya düşdü