TBMM sədri Gəncəyə səfər edəcək


09:02     20 Oktyabr 2020 20_10_20_1603173794.jpg

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edəcək.


Məclis sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edəcək, vəfat edən və yaralanan ailələrin yaxınları ilə görüşəcək.

Bu gün Mustafa Şentopun Milli Məclisdə çıxışı və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 331