BMT TŞ Qarabağ məsələsini müzakirə etdi
09:36 20 Oktyabr 2020
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
Bu barədə Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağa dair qapalı iclasın nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı diplomat vurğulayıb ki, atəşkəsin təmin edilməsi vacib məsələdir, çünki müvafiq razılıq əldə olunub, amma əməl edilməyib. Əsas sual onun icrası üzərində nəzarəti necə təmin etməkdir.
Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin edilməsidir: "Əlbəttə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olunub və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib".
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- Putin BMT baş katibi ilə görüşüb
- Ukrayna BMT-dən Mariupoldan dəhliz ayırmağı tələb edib
- BMT-nin baş katibi Ukraynaya səfər edəcək