Elektrik özünü asıb


21:43     14 Dekabr 2015 36389.jpg

Ağdaş rayonunda intihar hadisəsi baş verib.


APA-nın xəbərinə görə, bu gün günorta saatlarında rayonun Xosrov kənd sakini, 1966-cı il təvəllüdlü Səmədov Məhəmməd Mirhəsən oğlu özünü Ağdaş şəhərindəki tikinti materialları mağazasının anbarında naqili asaraq intihar edib. Elektrik M Səmədovun anbara elektrik naqilində yaranan nasazlığı aradan qaldırmaq üçün daxil olduğu bildirilir. Üç uşaq atası Məhəmməd Səmədovun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1160