TBMM Sədri Milli Məclisdə çıxış edir


11:15     20 Oktyabr 2020 20_10_20_1603178201.jpg


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən iclasına qatılıb.

Femida.az-ın məlumatına görə, parlamentin spikeri Sahibə Qafarova deyib ki, Azərbaycan və Türkiyə qanı-canı bir olan qardaş dövlətlərdir: “Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır”.

O bildirib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir: “Prezident İlham Əliyevin də dediyi kimi dünyada ikinci belə ölkə yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın daimi nümunəsidir”.

TBMM sədri hazırda plenar iclasda çıxış edir.

Femida.az

Açar sözlər:

Oxunub: 473