Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır


11:23     20 Oktyabr 2020 20_10_20_1603179227.jpg


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.


Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 440