“WarGonzo” Qarabağdan qaçdı


12:18     20 Oktyabr 2020 20_10_20_1603182535.jpg


Teleqramda təxribatçı videolarla populyarlıq qazanan “WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan minlərlə km uzaqda yerləşən Rusiyanın Uzaq Şərqdəki şəhərinə - Xabarovska üz tutub.

Femida.az xəbər verir ki, bu barədə S.Peqov özü məlumat verib.

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 308


Oxşar xəbərlər