Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib - SİYAHI


15:26     20 Oktyabr 2020 2020/10/9a8d008b-5013-3761-94d8-c5ed2a95eae6_850_1603193330.jpg

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.


Femida.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Femida.az

Açar sözlər:

Oxunub: 453