Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu
16:26 20 Oktyabr 2020
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olmuş, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 539
Oxşar xəbərlər
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilərin hərbçilərimizə verdikləri işgəncələrlə bağlı hesabat hazırlandı
- Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı
- Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin Xocavənddə atıb qaçdıqları “İQLA” zenit-raket kompleksi aşkarlanıb
- Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ