Cəlilabadda yolu keçən qadını maşın vuraraq öldürüb


18:48     20 Oktyabr 2020 2020/10/1603202231374_asWSNjA5_1603206374.jpeg

Cəlilabadda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, şəhər sakini Səbuhi Həsənov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Uzuntəpə kənd sakini Səyyarə Şahmarovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 501