Lənkəranda evdə tiryəkxana aşkar edilib, 8 nəfər saxlanılıb
19:29 20 Oktyabr 2020
Lənkəranda evdə tiryəkxana təşkil edən şəxs və digər narkotik istifadəçiləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az
-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib. Evə baxış zamanı oradan 2 kiloqrama yaxın tiryək, 1,4 qramdan artıq heroin, metamfetamin, elektron tərəzi və 22 ədəd şpris aşkar edilərək götürülüb.
Orada narkotik qəbul edən şəhər sakinləri H.Əliyev, K.Abdullayev, T.Axundov və əvvəllər məhkum olunan - M.Qasımlı, İ.Gülağazadə, Ə.Həbibov, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qrama yaxın heroin götürülüb.
Oxunub: 496
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb