E.Rüstəmov: "Ehtiyatlarımızla qısa zamanda iqtisadi artımı bərpa edəcəyik"


21:38     20 Oktyabr 2020 1422441694_neft-pul.jpg

E.Rüstəmov: Ehtiyatlarımızla qısa zamanda iqtisadi artımı bərpa edəcəyik
“Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inkluziv artım yoluna çıxaq”.

Femida.azxəbər verir ki, bunu AZTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub. Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da, olduqca böyük masştablı proqramdır.

Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək”-deyə o bildirib.

Açar sözlər:

Oxunub: 498


Oxşar xəbərlər