Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdik və verəcəyik”
22:12 20 Oktyabr 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb.
Femida.az -ın xəbərinə görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.
O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu davam edəcək: “Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən mübarizələrə evsahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər əli kəsirik və kəsəcəyik”.
Oxunub: 467
Oxşar xəbərlər
- Ərdoğan: "İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir"
- Ərdoğan: "Vladimir Putinlə görüşə çox əhəmiyyət veririəm"
- Ərdoğan: "Ola bilsin, yaxın zamanlarda Moskvaya səfər etdim"
- Ərdoğan: "Dünyanın ən təcrübəli lideriyəm"
- Ərdoğan: "Putinlə Qarabağ məsələsini geniş şəkildə müzakirə etdik"
- Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”
- Ərdoğan: 15 meşə yanğını davam edir
- Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"
- Ərdoğan: "Terror təşkilatlarından kömək umanların aqibəti məlumdur"
- Ərdoğan: "Türkiyəyə çirkin hücumlar edilir"