Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib


09:14     21 Oktyabr 2020 2018/01/Mudafie_Yeni5_7584823825.jpg


Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

Femida.az

Açar sözlər: #düşmən   #Qarabağ   #Qubadlı  

Oxunub: 372