Bakı sakini liftdə huşsuz vəziyyətdə tapıldı


03:08     25 May 2015 537153.jpg

Axşam saatlarında Bakının Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər və onu Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Açar sözlər:

Oxunub: 764