Bakı sakininin evindən narkotik götürülüb


13:00     21 Oktyabr 2020 heroin%20narkotik.jpg

Narkotik vasitələrin satışı ilə məşğul olan qrupun daha bir üzvi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş N.Əhmədovun ətrafında Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satan qrupun digər üzvü R.Şexov da müəyyən edilərək saxlanılıb. Polis əməkdaşlarının onun Mərdəkan qəsəbəsindəki evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 6 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 434