Zəngilanlı şəhidin atası: “Kəndimizə qayıdan kimi Müşfiqin adına bulaq inşa etdirməyi arzulayıram”


13:26     21 Oktyabr 2020 2020/10/SAH_7-1603269681_4809818202.jpg


“Oğlum həmişə deyirdi ki, ata, Zəngilanı sən ala bilmədin, mən azad edəcəyəm”


Bunu Azvision.az -a Aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov doğma yurdu Zəngilanın işğaldan azad olunmasından danışarkən deyib. Həmsöhbətimiz bildirib ki, bu xəbər onun ailəsi üçün sürpriz olub.
“Dünən bir yoldaş dedi ki, ola bilsin, Prezident Zəngilanın azad olunmasını elan etsin. Dedim tezdir hələ. Ancaq iş elə gətirdi ki, doğurdan da sürpriz oldu. Zəngilan şəhəri daxil olmaqla bir neçə kəndimiz geri alıındı. Tanıdığım, tanımadığım nə qədər adam zəng edib təbrik etdi. Hətta evə gələnlər də oldu. Bir nəfər təbrik üçün zəng etdi, ancaq ağlayıb danışa bilmədi, bir az keçəndən sonra qızını da götürüb bizə gəldi. Müşfiqin dostları, tanışları, məhəllə yoldaşları gözaydınlığı verdilər. Bir qrup yoldaşı İsveçrədən telefon əlaqəsi saxladı”.



Şəhid atası bildirib ki, torpaqların azad olunması yarasına su səpib: “Bir gözüm gülür, bir gözüm ağlayır. Sevinirəm ki, şəhidlərimizin qisası yerdə qalmadı. Bu qürurvericidir. Artıq başımızı dik tuta bilirik. O torpaqlara sevinclə qayıdacağıq, orada şəhidlərimizi yaşadacağıq. Hansı hissləri keçirdiyimizi bir Allah bilir. Böyük ehtimal ki, ordumuz bu gün və ya sabah bizim Çöpdərə kəndini də geri alacaq. Orada ermənilərin strateji məntəqələri yoxdur.

Kəndimizə qayıdan kimi ev tikəcəyəm, Müşfiqin adına bulaq inşa etdirməyi arzulayıram. Planlarım çoxdur. Ömrün bu çağında bu qədər yaşantılardan sonra qələbə xəbərləri yarama su səpdi. Heç olmasa bildim ki, övladımın qanı nəyin üstündə töküldü. Müşfiq həmişə deyirdi ki, ata, Zəngilanı sən ala bilmədin, mən alacağam. Elə bilirəm ki, Zəngilanın alınmasında onun da payı var. Əllərim göydə Allaha dua edirəm ki, hava yaxşı olsun, yağış-qar yağmasın, əsgərlərimiz döyüşü salamat başa vursunlar. Onsuz da əziyyət çəkirlər, hava tərəfdən bəxtləri gətirsin. Erməniləri iti qovan kimi qovub təmizləyək”.



Femida.az

Açar sözlər:

Oxunub: 555


Oxşar xəbərlər