Rusiya XİN-dən Qarabağ danışıqları barədə açıqlama


13:52     21 Oktyabr 2020 rusiya8.jpg


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada Qarabağa dair danışıqlar aparmağa hazır olduğunu alqışlayır.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

"Biz Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Rusiyaya gəlməyə hazır olmalarına dair müsahibələrini eşitdik. Onların sülh istəmələrini alqışlayırıq", - deyə Rudenko jurnalistlərə açıqlamasında bildirib.

XİN rəhbərinin müavini əlavə edib ki, atəşi dayandırmaq və mülki əhalinin iztirablarına son qoymaq vacibdir.

Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov Moskvadadırlar. Oktyabrın 23-də isə onlar ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 644