İşğaldan azad edilən rayonlarda yarımstansiyalar tikiləcək
13:58 21 Oktyabr 2020
“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.
“Azərenerji” və “Azərişıq”dan Trend-ə verilən birgə məlumata görə, paralel olaraq “Azərişıq” ASC-də, 35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.
Femida.az
Oxunub: 548
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb
- İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
- İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlandı
- İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı
- İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
- İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir
- İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub