TANAP “İlin Layihəsi” oldu


15:34     21 Oktyabr 2020 2020/10/SON_1603280148.jpg


TANAP layihə idarəçiliyi sahəsində yüksək mükafata layiq görüldü.


Dövlət Neft Şirkətindən (SOCAR) Femida.az-a verilən məlumata əsasən, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI - Project Management Institute) tərəfindən “İlin Layihəsi” kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq görülüb.

Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə “İlin layihəsi” elan olunub.

Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

Femida.az

Açar sözlər:

Oxunub: 270