Naftalanda 5 ailə üzvünü itirən hərbçi - “Cəbhəyə dönəcəm”
16:50 21 Oktyabr 2020
Məlum olduğu kimi, sentyabrın 27-də işğalçı Ermənistanın silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə atəş açması nəticəsində Naftalanın Qaşaltı kəndinin sakini Nadir Qurbanovun 5 ailə üzvü həlak olmuşdu.
Femida.az xəbər verir ki, ötən gün Rusiyanın “Dojd” telekanalı Nadir Qurbanovdan sentyabrın 27-də hadisə yerində aldığı qısa müsahibəni yayımlayıb. Məlum olub ki, ailə faciəsi yaşayan həmin şəxs hərbçi imiş:
“Nə baş verdiyi göz önündədir. Mənim atam, anam, yoldaşım, oğlum və qardaşımın qızı - hamısı burada idi, hamısı da həlak oldu. Bundan artıq nə demək olar?!”
6 il Azərbaycan ordusunda xidmət edən Nadir Qurbanov Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə də həmin vaxt cəbhədə olduğunu və hücumlar kəskinləşdiyi zaman ailəsi ilə əlaqə saxladığını, ancaq anası və yoldaşının başqa yerə getməyə razı olmadıqlarını bildirib.
Qaraqoyunlu kəndinə təxminən 20 mərmi düşdüyünü xatırladan Qurbanov, “Bunların dördüncüsü evimə düşdü. Xəbər alan kimi dərhal gəldim”,-deyə qeyd edib.
Qurbanov evə çatdıqda dəhşətli bir mənzərə ilə qarşılaşdığını və yerdə 15 illik yoldaşı, anası, atası və 2 uşağın cəsədlərini gördüyünü bildirib.
O, Bakıda oxuyan böyük oğlundan başqa ailəsindən heç kimin sağ qalmadığını qeyd edib.
“Bundan sonra nə etməyi düşünürsən?” sualına isə “Sağ qalan yeganə oğlumu ən yaxşı şəkildə böyüdə bilmək istəyirəm”, - deyə cavab verib.
Qurbanov, həyatındakı ən dəyərli sərvəti olan ailəsini xatırladan evə və evin həyətinə addım ata bilməyəcəyini, hər dəfə evə baxanda ailəsində olan xatirələrin gözündə canlandığını və bu ağrıya dözə bilmədiyini bildirib.
Yenidən cəbhəyə getməyə hazırlaşdığını söyləyən hərbçi, “Vətənimə təşəkkür edirəm. Lazım olsa canımı da verərəm. Qoy dövlət və millətimiz mövcud olsun. Mən indi cəbhədə deyiləm, amma yaxın gələcəkdə cəbhəyə gedəcəyəm”,-deyə qeyd edib.
Femida.az
Oxunub: 681
Oxşar xəbərlər
- Naftalanda avtomobil aşıb, ana və övladı xəsarət alıb
- Naftalanda parkda kişi meyiti aşkarlanıb
- Naftalanda gənc oğlan intihara cəhd edib
- Naftalanda 35 yaşlı kişi anafilaktik şok nəticəsində ölüb
- Naftalanda körpələr evi-uşaq bağçası istifadəyə verilib
- Naftalanda nişan mərasimi keçirənlər cərimələnib
- Naftalanda dəm qazından zəhərlənmə baş verib
- Naftalanda ağır qəza olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
- Naftalanda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb
- Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb