İşğaldan azad olunmuş ərazilərdə subartezian quyularının bərpasına başlanılıb
19:21 21 Oktyabr 2020
Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27- dən başlayan əks-hücumu nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən Femida.az -a bildirilib ki, azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb. Ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib.
Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib. Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir. Ümumilikdə 654 subartezian quyusu işğal altında idi.
"Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik", - məlumatda bildirilib.
Oxunub: 497
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb
- İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
- İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlandı
- İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı
- İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
- İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir
- İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub