MN: Düşmən nizamsız qaydada döyüş meydanından geriyə çəkilir


19:52     21 Oktyabr 2020 2020/10/69b3ced9-0728-330d-bb83-88b1f70519c1_850_1603293932.jpg


“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində müdafiə həddi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 292