Koordinasiya Şurasının tərkibi təsdiqlənib


20:22     21 Oktyabr 2020 2020/10/1603296239233_2q97RhEf_1603296820.jpg

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə yaradılan Koordinasiya Şurasının tərkibi təsdiqlənib.

Femida.az -ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Koordinasiya Şurasının rəhbəri Azərbaycan Respublikası Baş Nazirinin müavini Koordinasiya Şurasının üzvləri müəyyənləşib.

Koordinasiya Şurasının üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini - Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru

Açar sözlər:

Oxunub: 296