Nazirlər Kabinetindən sığorta haqqı ilə bağlı qərar
07:14 22 Oktyabr 2020
Nazirlər Kabinetinin Qərarı ilə “Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilib.
Femida.az xəbər verir ki, bu sənəd dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir. Sığorta haqqının ümumi məbləği sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayına, habelə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.
Oxunub: 424
Oxşar xəbərlər
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazirlər Kabineti III qrupa qəbulla bağlı dəyişiklikləri təsdiqləyib
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Nazirlər Kabineti Qarabağda iqtisadi inkişafın sürətləndirilməsi barədə qərar verib
- Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
- Nazirlərin müzakirə etdikləri məsələlər açıqlandı
- Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"
- Nazirlər meşə yanğılarını müzakirə edib
- Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqladı
- Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib