Hakim olmaq istəyənlərin nəzərinə


02:15     15 Dekabr 2015 sud600_default4.jpg


Hakimlərin Seçki Komitəsinin dekabrın 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.

Hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).

Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə “Hakimliyə Namizədin Yaddaş Kitabçası”, tələb edilən sənədlərin siyahısı, hakim vakansiyaları barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (www.jlc.gov.az).

Açar sözlər:

Oxunub: 690