Əli Əhmədov Dmitri Medvedevə məktub göndərib
10:04 23 Oktyabr 2020
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub ünvanlayıb.
Bu barədə Femida.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: “Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilmişdir.
Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”.
Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.
YAP sədrinin müavininin məktubunda daha sonra qeyd olunur: “Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.
Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.
Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”.
Oxunub: 521
Oxşar xəbərlər
- Əliyevlə Ərdoğan açılışa qatıldı
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edilib
- Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
- Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı qərar açıqlanıb
- Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
- Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
- Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib