Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir


10:15     23 Oktyabr 2020 2020/10/herbi_xidmete_cagirish_091020_01_1603433764.jpg


Hərbi xidmətə çağırılan şəxslərin COVİD -19-la bağlı testlərdən keçirilməsi davam edir.


Femida.az-ın məlumatına görə, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub: "Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb".

Femida.az

Açar sözlər:

Oxunub: 531