Qəbələdə avtomobilin vurduğu piyada ölüb


11:58     23 Oktyabr 2020 piyada5.jpg

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Dızaxlı kənd sakini Z.Babaşov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ramin Dursunzadəni vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayton Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 611