Astara sakinindən 5 kq-dan artıq narkotik götürülüb


12:03     23 Oktyabr 2020 2015-04-29-15-07-19narkotik.jpg

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Astara rayon sakini M.Həkimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun evindən isə 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 570