Rusiya XİN: “Münaqişə Ermənistan ərazisinə keçməyib”


14:21     23 Oktyabr 2020 2020/10/panki-1603447370_1603449710.jpg


Hələ münaqişə Dağlıq Qarabağdadır və Ermənistanın ərazisinə keçməyib.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

O, KTMT-nin münaqişədə iştirakı barədə danışmağın düzgün olmadığını əlavə edib.

“Münaqişə Ermənistan ərazisinə keçməyib. Ermənistandan rəsmi müraciət də daxil olmayıb. KTMT üzv ölkələrinə açıq təcavüz olduğu zaman kömək edir. Ermənilərin özləri tərəfindən ərazilərinin bir hissəsi kimi tanınmayan və tanınması mümkün olmayan Dağlıq Qarabağdan bəhs edərkən, KTMT-nin müdafiə potensialından istifadə barədə danışmaq düzgün deyil”, - Pankin əlavə edib.

Femida.az

Açar sözlər: #Rusiya   #XİN   #Ermənistan   #QArabağ  

Oxunub: 311