Yanlış məlumatlarla bağlı nəzarət gücləndirildi


15:12     23 Oktyabr 2020 20_10_23_1603450275.jpg


Ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin respublika ərazisinə idxalına nəzarət gücləndirilib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Məlumatda qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1534


Oxşar xəbərlər