İsrail səfiri Mingəçevirdəki İES-ə baş çəkib
16:47 23 Oktyabr 2020
Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqaz regionunda ən böyük olan “Azərbaycan” istilik elektrik stansiyasında (İES) olub.
Bu barədə Femida.az-a “Azərenerji” ASC-dən məlumat verilib.
Xatırladaq ki, bu ay erməni silahlı birləşmələri dəfələrlə şəhərə, ələlxüsus enerji obyektlərinə ballistik raketlər atıb. Həmin raketlərin əksəriyyətini Hərbi Hava Qüvvələri zərərsizləşdirib, 2 ədəd raketin hissəsi isə oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb.
Səfir əvvəlcə İES-in ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub, daha sonra stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.
Səfər zamanı “Azərenerji”nin və stansiyaların mütəxəssisləri buradakı fəaliyyət, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verib.
Sonra səfir “Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib